Gəncədə yeni cüdo zalı açıldı

  • Bu gün, 11:30

Gəncə İdman Sarayında yeni cüdo zalı fəaliyyətə başlayıb.

Sportlifa.az xəbər verir ki, müasir standartlara cavab verən tatamilərlə təchiz olunmuş zalın ümumi ölçüsü 483 kvadratmetrdir. Bundan başqa, məşqçi və paltardəyişmə otaqları da mövcuddur. Zalda 300-dən çox idmançı cüdo ilə məşğul ola biləcək.

Qeyd edək ki, 2022–2025-ci illərdə Azərbaycan Cüdo Federasiyası tərəfindən Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Bakının Zirə qəsəbəsi, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli, Şabran və Zaqatalanın Mosul kəndində yeni cüdo zalları istifadəyə verilib. Həmçinin Bakı və regionlardakı 179 idman zalına ümumilikdə 13200 tatami paylanılıb.


Paylaş: