“Tottenhem”in baş məşqçisi qovula bilər

  • Dünən, 19:00

"Tottenhem" tezliklə Tomas Frankı baş məşqçi vəzifəsindən kənarlaşdıra bilər.

Sportlife.az xəbər verir ki, klub 52 yaşlı mütəxəssisi dəstəkləməyə və məşqçilər heyətini gücləndirməyə çalışır.

Arne Slotun "Liverpul"dakı keçmiş köməkçisi Con Heytinqanı heyətinə cəlb edib. Lakin Premyer Liqanın 22-ci turunda "Vest Hem"ə 2-1 hesabı ilə məğlub olduqdan sonra Frankın klubdakı mövqeyi çox təhlükəli hala gəlib.

2025-ci ilin iyun ayında Frank "Tottenhem"lə üç illik müqavilə imzalayıb. Onun rəhbərliyi altında komanda İngiltərə Premyer Liqasında 27 xalla 14-cü yerdədir. Yanvarın 10-da "Tottenhem" 1/8 finalda "Aston Villa"ya 2-1 hesabı ilə uduzaraq FA Kubokundan kənarlaşdırılıb.


Paylaş: