“Bu səs-küy “Real”ı sevməyənlərdən gəlir”

  • Dünən, 12:24

Madrid “Real”ının yeni baş məşqçisi Alvaro Arbeloa azarkeşlərin klub prezidenti Florentino Peresə etirazını şərh edib.

Sportlife.az xəbər verir ki, azarkeşlər La Liqanın 20-ci turunda “Santyago Bernabeu” “Levante” ilə keçirilən matçda klub rəhbərliyini istefaya səsləyiblər:

Arbeloa 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında fanatların etirazı ilə bağlı deyib: "Bu səs-küy Florentinonu sevməyənlərdən deyil, “Real”ı sevməyənlərdən gəlir. Onun klub tarixində rolu San­t­ya­qo Ber­nabeu ilə bərabərdir. Bizim üçün böyük şansdır ki, o prezidentdir” deyə Arbeloa bildirib.

Qeyd edək ki, Florentino Peres 2000‑2006-cı illərdə və 2009-cu ildən bu yana “Real”a rəhbərlik edir. Komanda son vaxtlar uğursuz nəticələr göstərir. "Real" yanvarın 11-də İspaniya Superkubokunun finalında "Barselona”ya (2:3) uduzub, yanvarın 14-də  isə “Albasete”yə (2:3) məğlub olaraq İspaniya kubokunda mübarizəni erkən dayandırıb.


Paylaş: