Rafinya yenidən zədələnib

  • Dünən, 15:28

“Barselona”nın braziliyalı futbolçusu Rafinya zədələnib.

Sportlife.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

30 yaşlı futbolçu bu həftə aldığı zədə səbəbindən 20-ci turda səfərdə üz-üzə gələcəkləri “Real Sosyedad”la matçda meydana çıxmayacaq. Futbolçunun sağalma müddəti barədə məlumat verilməyib.

“Barselona” hazırda La Liqanın turnir cədvəlində 49 xalla ilk pillədə yer alıb.


Paylaş: