Bu gün çempion bəlli olacaq
Bu gün Afrika Millətlər Kubokunun final matçı keçiriləcək.
Sportlife.az xəbər verir ki, həlledici oyunda Seneqal və Mərakeş milliləri üz-üzə gələcək.
Moulay Abdullah İdman Kompleksində keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
18 yanvar
Afrika Millətlər Kuboku
Final
23:00. Seneqal - Mərakeş
Seneqal pley-off mərhələsində Sudan, Mali və Misiri məğlub edib. Mərakeş isə Nigeriya, Kamerun və Tanzaniyadan üstün olub.
Qeyd edək ki, Seneqal millisi artıq bir dəfə bu titula yiyələnib. 2021-ci ildə qalib olan seneqallılar buna qədər 3 dəfə finalda oynayıb. Mərakeş isə 1976-cı ildə Afrika Millətlər Kubokunun qalibi olub. Sonuncu dəfə isə 2004-cü ildə finala çıxıblar.
Xatırladaq ki, ötən gün bürünc medal uğrunda görüşdə Nigeriya Misirə penaltilər seriyasında (4:2) qalib gəlib.