“Milan”ın hücumçusu qarət olundu

  • Dünən, 14:57

"Milan"ın hücumçusu Niklas Füllkruq otelində qarət edilib.

Sportlife.az xəbər verir ki, oğrular oyunçunun Milandakı otel otağına girib seyfi açıblar. Məşqdən qayıdan hücumçu ümumi dəyəri 500.000 avro olan dörd lüks saatın itdiyini görüb.

32 yaşlı alman polislə əlaqə saxlayıb və polis araşdırmaya başlayıb və soyğunçuluğun səbəblərini müəyyən etmək üçün çalışır.

Füllkruq 2 yanvarda "Vest Hem"dən icarə əsasında "Milan"a keçib.


Paylaş: