Mahir oynamadı, komandası qalib gəldi
Almaniya 2-ci Bundesliqasında ikinci dövrəyə start verilib.
Sportlife.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Kayzerslautern” 18-ci turda doğma meydanda “Hannover”i qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb.
Zədəli olan Mahir Emreli bu görüşdə iştirak etməyib. Bu qələbə ilə xallarını artıran “Kayzerslautern” turnir cədvəlində “Hannover”i geridə qoyub.