"Liverpul" rəhbərliyindən Slot qərarı
"Liverpul" rəhbərliyi Arne Slotu yaxın zamanda istefaya göndərmək niyyətində deyil.
Sportlife.az xəbər verir ki, bu mövsüm bir sıra uğursuzluqlara baxmayaraq, niderlandlı mütəxəssislə yola davam etmək qərarı verilib.
Slotun bu mövsüm minimum məqsədi Çempionlar Liqasına vəsiqə qazanmaqdır. "Liverpul" hazırda Premyer Liqada 4-cü yerdədir.