MS futbolçusunu icarəyə göndərib

  • Dünən, 17:39

"Mançester Siti" yarımmüdafiəçisi Klaudio Eçeverrinin icarə əsasında "Jirona"ya keçdiyini açıqlayıb.

Sportlife.az xəbər verir ki, icarə müqaviləsi 2025/26 mövsümünün sonuna qədər qüvvədədir.

Eçeverri 2025-ci ilin avqust ayından bəri Bayer "Leverkuzen"də icarə əsasında çıxış edir. 20 yaşlı argentinalı futbolçu bütün yarışlarda 11 oyun keçirib və bir məhsuldar ötürmə edib.

Onun "şəhərlilər"lə müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.


Paylaş: