Mbappedən Vinisiusa dəstək
"Real"ın hücumçusu Kilian Mbappe La Liqanın 20-ci turunda "Levante" üzərində 2:0 hesablı qələbədən sonra komanda yoldaşı Vinisius Junioru açıq şəkildə müdafiə edib.
Sportlife.az xəbər verir ki, braziliyalı cinah oyunçusu topa hər toxunuşunda yerli azarkeşlər tərəfindən fitə basılıb.
Fransalı ulduz bildirib ki, bu, onun günahı deyil: "Vini fantastik oyunçu və inanılmaz oğlandır, onu tanıdığım üçün şanslıyam. Komanda olaraq onu daha yaxşı qorumalıyıq ki, qarşı tək qalmasın. O, "Real"da tək deyil".
Daha əvvəl media Vinisiusun klub azarkeşlərinin bu cür münasibətləri fonunda "Real"dan ayrılmaq istəyir.