Sabiq "Sumqayıt"lı özünə klub tapdı
“Sumqayıt”ın sabiq futbolçusu Miloş Miloviçin yeni klubu bəlli olub.
Sportlife.az xəbər verir ki, ötən yay "Sumqayıt"ı tərk etdikdən sonra klubsuz qalan müdafiəçi "Budunçost"a keçib.
Bu barədə Monteneqro klubunun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı mərkəz müdafiəçisi ilə 2027-ci ilin iyuluna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Monteneqro millisinin sabiq üzvü 2024-cü ilin sentyabrından 2025-ci ilin iyununa qədər "Sumqayıt"da oynayıb.