NBA Avropaya ayaq açır

  • Bu gün, 16:06

NBA Avropa layihəsini həyata keçirmək üçün "köhnə qitə"nin futbl təcrübəsindən və mədəniyyətindən istifadə etmək niyyətindədir.

Sportlife.az xəbər verir ki, bu barədə NBA komissarı Adam Silver açıqlama veribv.

Onun sözlərinə görə, bu məqsədlə qitədəki potensial tərəfdaşlarla müzakirələr aparılır.

Silver təsdiqləyib ki, liqa bu müzakirələrin bir hissəsi olaraq "Mançester Siti" və "Mançester Yunayted" də daxil olmaqla bir neçə İngiltərə futbol klubu ilə əlaqə saxlayıb. Lakin, "BBC Sport"un məlumatına görə, layihə başlasa belə, hazırda heç bir klub buna qoşulmağı planlaşdırmır.

Yeni Avropa liqasının 2027/2028 mövsümündə başlaması və yeni franşizalar, mövcud basketbol klubları və futbol ictimaiyyətinin nümayəndələri də daxil olmaqla 16-ya qədər komandanı bir araya gətirməsi gözlənilir.


Paylaş: