Millimiz yerində saydı

  • Bu gün, 11:30

FIFA milli komandaların 2026-cı il üçün ilk reytinq cədvəlini açıqlayıb.

Sportlife.az xəbər verir ki, Azərbaycan milli komandasının mövqeyində dəyişiklik qeydə alınmayıb.

Ayxan Abbasovun baş məşqçisi olduğu yığma 1132,97 xalla 127-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, FIFA reytinqinin zirvəsində 1877,18 xalla İspaniya milli komandası yer alıb. Türkiyə yığması isə 1582,69 xalla 25-ci mövqedə qərarlaşıb.


Paylaş: