"Barselona"nın əsas transfer hədəfi

  • Bu gün, 12:28

"Barselona"nın bu ilin yayı üçün əsas transfer hədəfi müəyyənləşib.

Sportlife.az xəbər verir ki, Kataloniya klubu "Atletiko"nun hücumçusu Xulian Alvaresi heyətinə qatmağa çalışacaq.

"Barsa" qarşıdan gələn yay transfer pəncərəsində argentinalı hücumçunu transfer etmək üçün əlindən gələni edəcək. Lakin klub yalnız La Liqanın Maliyyə Ədalətli Oyunu qaydalarına əməl edəcəyi təqdirdə keçidi tamamlaya biləcək. "Barselona" bu transfer üçün 82 milyon avro ödəməyə hazırdır.

Bu mövsüm Alvares klubun heyətində bütün yarışlarda 27 oyunda iştirak edib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.


Paylaş: