Vüsal oynadı, komandası qalib gəldi
Albaniya Superliqasında XX turun oyunlar keçirilib.
Sportlife.az xəbər verir ki, azərbaycanlı hücumçu Vüsal İskəndərlinin çıxış etdiyi “Partizani” evdə “Teuta” ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İskəndərli start heyətində meydana çıxıb və komandası 1:0 öndə ikən, 78-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, hazırda “Partizani” 26 xalla 5-ci pillədə qərarlaşıb.