Ronaldu məhkəməni uddu
Turin məhkəməsi "Yuventus"un "Əl-Nassr"ın hücumçusu Kriştianu Ronaldu ilə bağlı şikayətini rədd edib.
Sportlife.az xəbər verir ki, İtaliya klubu portuqaliyalı hücumçuya 9,8 milyon avro təzminat ödəyəcək.
Hakim arbitraj məhkəməsinin 2024-cü ilin aprel ayında qəbul etdiyi qərarı qüvvədə saxlayıb.
Xatırladaq ki, "Yuventus" koronavirus pandemiyası zamanı Ronaldunun dondurulmuş maaşının bir hissəsini ödəməyib. Daha sonra məhkəmə futbolçuya təxminən 10 milyon avro ödənişlə bağlı qərar çıxarıb.