Juninyodan Meksikada ilk qol - VİDEO

  • Bu gün, 10:27

"Qarabağ"ın sabiq futbolçusu Juninyo Meksika çempionatında ilk qolunu vurub.

Sportlife.az xəbər verir ki, 29 yaşlı braziliyalı hücumçu yeni komandası "Pumas"ın heyətində meydana çıxdığı 2-ci matçda fərqlənib.

O, III turda "Leon"a qarşı ev oyununun 52-ci dəqiqəsində meydana daxil olub. 1:1 hesabı ilə yekunlaşan görüşün 75-ci dəqiqəsində Juninyo bərabərlik qolunu vurub.

Hazırda "Pumas" komandası 3 turdan sonra 5 xalla 7-ci yeri tutur.


Paylaş: