Flikdən gənc futbolçuya qadağa

  • Bu gün, 12:08

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik Pedro Fernandesin əsas komanda ilə məşq etməsini qadağan edib.

Sportlif.az xəbər verir ki, buna səbəb 18 yaşlı yarımmüdafiəçinin PSJ ilə anlaşmasıdır. Onun Fransa klubu ilə şəxsi müqaviləsini razılaşdırması almaniyalı mütəxəssisin narazılığına səbəb olub. 

"Barselona"nın kapitanları bu məsələni Fliklə müzakirə ediblər və futbolçu məşq mərkəzində fərdi şəkildə hazırlaşa biləcək.

Mediada yayılan məlumatlara görə, PSJ Fernandesi yaxın gələcəkdə transfer etməyə və onun 6 milyon avroluq transfer bəndini aktivləşdirməyə ümid edir.


Paylaş: