"Qarabağ" yeni transferə hazırlaşır
“Qarabağ” qış transfer pəncərəsində heyətinə yeni futbolçu cəlb etməyi düşünür.
Sportlife.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turunda Bakıda Almaniyanın “Ayntraxt” klubuna qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, transferlə bağlı gözlənti çoxdur: "Maneə olmazsa, baş tutacaq. Azı 1 keçid olmalıdır".
Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ayntraxt" görüşü saat 21:45-də başlayacaq.