Jezus qərarını verdi

  • Bu gün, 15:16

"Arsenal"ın hücumçusu Qabriel Jezus klubla müqaviləsinin müddətini uzatmaq istəyir.

Sportlife.az xəbər verir ki, tərəflər arasında hazırkı sözləşmə 2027-ci ilin yayına qədərdir.

"Əsas məqsədim sağlamlığımı qorumaqdır. Bu, "Arsenal"da dördüncü mövsümümdür və təəssüf ki, cəmi 1,5, yaxud 2 mövsüm oynamışam, qalan vaxtlarda zədələr məni narahat edib.

Arzum "Arsenal"da qalmaqdır. Məndən soruşsanız, müqaviləmi uzatmaq, burada kuboklar qazanmaq istərdim. Bura konkret bir məqsədlə gəlmişəm, amma təbii ki, reallıq fərqli ola bilər".


Paylaş: