"Real"ın prezidenti olmaq istəyir

  • Dünən, 15:35

Keçmiş ispan tennisçi Rafael Nadal "Real"ın prezidenti olmaq istəyir.

Sportlife.az xəbər verir ki, titullu idmançı gələcəkdə belə bir ehtimalı istisna etməyib.

Lakin onun fikrincə, hazırda Madrid klubunun çox yaxşı prezidenti (Florentino Peres) var və yenisinə ehtiyac yoxdur: "Gələcəkdə nə olacağını heç kim bilmir. Konseptual olaraq, bəli, istərdim, niyə də yox? Bu, gözəl, motivasiyaedici və həyəcanverici bir çağırışdır. Əvvəla, buna hazır olduğumdan əmin olmalıyam. Lakin mən bunu uzaq və çətin hesab edirəm".


Paylaş: