Pirlonun favoritləri
"Yuventus" və "Milan"ın keçmiş yarımmüdafiəçisi Andrea Pirlo Çempionlar Liqasının favoritlərini açıqlayıb.
Sportlife.az xəbər verir ki, o, sosial mediada paylaşdığı videoda "Liverpul", "Barselona" və PSJ-ni fərqləndirib.
"Liverpul" bu gün PSV ilə, PSJ isə "Tottenhem"lə qarşılaşacaq.
"Barselona" isə ötən gecə səfərdə "Çelsi"yə 0:3 hesabı ilə məğlub olub.