Ronaldudan jest: Ölən futbolçunu da unutmadı

  • Dünən, 16:32

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu Millətlər Liqasında qələbəyə görə komanda yoldaşlarına saat hədiyyə edib.

Sportlife.az xəbər verir ki, saatlar ulduz futbolçunun dostu və məşhur zərgər Ceykob Arabodan sifariş olunub.

Milli üzvləri öz hədiyyələrini seçmə mərhələdə Ermənistanla oyundan (9:1) əvvəl alıblar. Avtomobil qəzasında həlak olan Dioqo Jotanın hədiyyəsi isə onun ailəsinə verilib.

Qeyd edək ki, Portuqaliya millisi iyunda UEFA Millətlər Liqasının ikiqat qalibi olub.


Paylaş: