Dünya futbolunda unikal rekord
"Milan"ın baş məşqçisi Massimliano Alleqri dünya futbolunda unikal rekorda imza atıb.
Sportlife.az xəbər verir ki, o, "Milan" (100) və "Yuventus"la (271) bütün turnirlərdə 100 və ya daha çox oyunda qələbə qazanan ilk məşqçi olub. Əvvəllər heç bir çalışdırıcı bu uğura nail olmamışdı.
"Milan" ötən tur A Seriyasında "İnter"i 1:0 hesabı ilə məğlub edib.