DÇ-2026: Səbətlərin tərkibi

  • Dünən, 14:29

ABŞ, Kanada və Meksikanın 2026-cı ildə ev sahibliyi edəcəyi dünya çempionatının final mərhələsinin püşkatmasından öncə səbətlərin tərkibi bəlli olub.

Sportlife.az xəbər verir ki, komandalar 4 qrupa bölünüblər.

İlk 3 səbətdəki yığmalar artıq məlumdur. 4-cü səbətdə İordaniya, Kabo-Verde, Qana, Kurasao, Haiti və Yeni Zelandiyadan başqa, pley-off mərhələsindən gələcək 6 komanda yer alacaq.

Dünya çempionatının püşkatma mərasimi dekabrın 5-də ABŞ-ın paytaxtı Vaşinqtonda təşkil olunacaq.

1-ci səbət: Kanada, Meksika, ABŞ, İspaniya, Argentina, Fransa, İngiltərə, Braziliya, Portuqaliya, Niderland, Belçika, Almaniya

2-ci səbət: Xorvatiya, Mərakeş, Kolumbiya, Uruqvay, İsveçrə, Yaponiya, Seneqal, İran, Cənubi Koreya, Ekvador, Avstriya, Avstraliya

3-cü səbət: Norveç, Panama, Misir, Əlcəzair, Şotlandiya, Paraqvay, Tunis, Kot d`İvuar, Özbəkistan, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası

4-cü səbət: İordaniya, Kabo-Verde, Qana, Kurasao, Haiti, Yeni Zelandiya, pley-off mərhələsinin 6 qalibi

Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək 48 milli komandanın iştirakı ilə keçiriləcək.


Paylaş: