Bir oyuna 12 seyv

  • Dünən, 13:28

Norveçin "Budyo-Qlimt" klubunun qapıçısı Nikita Xaykin Çempionlar Liqasında "Yuventus"a qarşı matçda (2:3) 12 dəfə qapısını qoldan xilas edib.

Sportlife.az xəbər verir ki, qolkiper rusiyalı qapıçılar arasında turnirdə yeni rekord müəyyənləşdirib. Xaykindən əvvəl heç bir rusiyalı doqquz zərbədən çox topu xilas edə bilməyib.

Bu nailiyyətə əvvəllər İqor Akinfeyev (2006 və 2016-cı illərdə), Sergey Rıjikov (2009), Vladimir Qabulov (2011) və İlya Pomazun (2018) nail olub.

Bu mövsüm yalnız "Marsel"in qapıçısı Jeronimo Rulli (13) daha çox "seyv" edib.


Paylaş: