Maktominey: "Daha çox qol vurmalı idik”
“Matça uğurlu başlamadıq, amma ikinci hissədə xeyli yaxşı oynadıq. Yenə də daha çox qol vurmalı idik”.
Sportlife.az xəbər verir ki, bunu İtaliya "Napoli"sinin futbolçusu Skott Maktominey evdə "Qarabağ"a 2:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin V tur oyunundan sonra "Sky Sport"a açıqlamasında verib.
Görüşün ən yaxşı futbolçusu seçilən şotlandiyalı mərkəz yarımmüdafiəçisi komandası üçün əsas hədəfin xal itkisinə yol verməməkdən ibarət olduğunu vurğulayıb: “Məqsədim komandaya kömək etməkdir. Bu üç xal bizim üçün çox vacib idi. Klub olaraq reallaşdırmaq istədiyimiz çoxlu hədəflərimiz var”.
Qeyd edək ki, Skott Maktominey "Qarabağ"la görüşdə ilk qolun müəllifi olub.