Luis Enrikenin qələbə şərhi
PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının 5-ci turunda "Tottenhem" üzərində qazanılan 5:2 hesablı qələbəni şərh edib.
Sportlife.az xəbər verir ki, ispaniyalı mütəxəssis xarakter nümayiş etdirdiklərini bildirib:
"Çətin rəqiblə çətin oyun idi. "Tottenhem" ilk hissədə əla oynadı, çox yaxşı müdafiə olundular".
PSJ-nin 12 xalı var və turnir cədvəlində üçüncü yerdə qərarlaşıb.