"Arsenal" öz rekordunu təkrarladı
"Arsenal" Çempionlar Liqasının 2005-2006-cı illər mövsümündəki nailiyyətini təkrarlayıb.
Sportlife.az xəbər verir ki, "topçular" 20 ildən sonra ilk dəfə startda beş oyununun hamısında qalib gəliblər.
London klubu müvafiq olaraq, "Atletik" (2:0), "Olimpiakos" (2:0), "Atletiko" (4:0) və "Slaviya"nı (3:0) məğlub ediblər.
"Arsenal" həmin mövsümdə Çempionlar Liqasının finalına çıxsa da, "Barselona"ya 1:2 hesabı ilə məğlub olub.