Yunan azarkeşlərdən Mbappeyə hörmətsizlik

  • Bu gün, 13:54

"Real"ın hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqasının 5-ci turunda "Olimpiakos"la qarşılaşmadan əvvəl isinmə hərəkətləri zamanı rəqib azarkeşlər tərəfindən zorakılığa məruz qaldığını açıqlayıb.

Sportlife.az xəbər verir ki, ulduz futbolçu bunun isinmə hərəkətləri zamanı baş verdiyini bildirib: "Fransızca bir şey deyirdilər, amma bilirsiniz, çox pis danışırdılar. Ləhcə dəhşətli idi! Həyat belədir, nə edə bilərsən? Eybi yoxdur, mənim bütün diqqətim komandamın qalib gəlməsinə yönəlmişdi".

"Olimpiakos" - "Real" oyunu qonaqların 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.


Paylaş: