Belçika klubu ilə oyunların təqvimi
Kişi voleybolçulardan ibarət "Xilasedici" komandasının Çelenc Kubokunun 1/16 final mərhələsində Belçika təmsilçisi "Lindemans"a qarşı keçirəcəyi oyunların tarixi bəlli olub.
Sportlife.az xəbər verir ki, komanda ilk oyununa dekabrın 9-da Bakıda çıxacaq.
Görüş Fövqəladə Hallar Nazirliyinin idman zalında, saat 18:00-da start götürəcək. Komandalar arasında cavab oyunu isə 2026-cı il yanvarın 7-də Belçikada təşkil olunacaq.
Qeyd edək ki, Azərbaycan təmsilçisi 1/32 finalda Rumıniyanın "Styaua" komandasını mübarizədən kənarlaşdırıb.