AFFA bu kluba texniki məğlubiyyət verdi
AFFA Gənclər Liqasında çıxış edən "Şamaxı" komandasına texniki məğlubiyyət verilib.
Sportlife.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Bölgə təmsilçisi "Qarabağ"la matçda limiti pozduğu (əsas heyətdə 5 nəfər 2007-ci il təvəllüdlü futbolçu olmalıdır) üçün bu halla üzləşib. Hesab isə olduğu kimi saxlanılıb.
Bundan əlavə, U-13 Liqasında "Sumqayıt City" də texniki məğlubiyyət alıb. "Gənclik şəhəri" təmsilçisi "Məhəllə Uşaqları" ilə matçda təyin olunan vaxtda meydanda olmayıb. Sumqayıt komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.