Ferstappen hamını qabaqladı

  • Dünən, 12:11

Fransanın "Auto Hebdo" nəşri 2025-ci ilin ən yaxşı 50 pilotlarının siyahısını dərc edib.

Sportlife.az xəbər verir ki, ilk sırada dördqat Formula 1 çempionu, niderlandlı pilot Maks Ferstappen yer alıb. İkinci yeri MotoGP çempionu Mark Markes, üçüncü yeri isə 2025-ci il Formula 1 çempionu, "McLaren"in pilotu Lando Norris tutub.

Doqquzqat dünya ralli çempionu və 2025-ci il titulunun sahibi Sebastyan Ojye və IndyCar çempionu Aleks Palou da ilk "beşliy"ə daxil olubl.

Qeyd edək ki, "Ferrari" pilotu Lüis Hemilton ilk "50-liy"ə daxil ola bilməyib.


Paylaş: