Sarri ürəyindən əməliyyat olundu
"Latsio"nun baş məşqçisi Mauritsio Sarri ürəyindən əməliyyat olunub.
Sportlife.az xəbər verir ki, 66 yaşlı mütəxəssisə qulaqcıqların fibrillyasiyası diaqnozu qoyulub və ona transkateter ablasiya əməliyyatı edilib. Əməliyyatın uğurlu keçdiyi və italiyalı mütəxəssisin yaxın günlərdə işə qayıdacağı bildirilir.
Sarri 2021-ci ildən "Latsio"ya rəhbərlik edir. 2025/26 mövsümünün 18 oyunundan sonra Roma klubu 24 xalla turnir cədvəlində 8-ci yerdədir.