"Federasiya mənimlə əlaqə saxlamışdı"
Rusiyalı tennisçi Anastasiya Həsənova vətəndaşlığın dəyişdirilməsi və Azərbaycanla bağlılığından danışıb.
Sportlife.az xəbər verir ki, idmançı Rusiya mətbuatına müsahibəsində Azərbaycanla əlaqəsinin daha çox kökləri ilə bağlı olduğunu bildirib:
"Azərbaycan diasporu mənimlə əlaqə saxlayıb, amma söhbət vətəndaşlığı dəyişməkdən getməyib. Onlar bir şeyə ehtiyacım olarsa, mənə kömək etməyə hazır olduqlarını deyiblər. Azərbaycan Tennis Federasiyası da bir dəfə mənimlə əlaqə saxlamışdı. Amma ortaq razılığa gələ bilmədik, ona görə də əməkdaşlıq nəticə vermədi. Hazırda vətəndaşlığı dəyişdirmək haqqında düşünmürəm”.
Qeyd edək ki, Anastasiya Həsənovanın atası və babası azərbaycanlıdır.