"Qarabağ"ın rəqibində ayrılıq
"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi İngiltərənin "Nyukasl" klubu müdafiəçisi və kapitanı Camal Lassellslə yolları ayırıb.
Sportlife.az xəbər verir ki, arxa xətt oyunçusunun "Lester"ə transfer olunduğu bildirilib. C.Lassels 2014-cü ildə "Nottinqem Forest"dən transfer olunmuşdu. Təcrübəli müdafiəçi "sağsağanlar"ın heyətində ümumilikdə 253 oyuna çıxıb.
Qeyd edək ki, "Qarabağ" və "Nyukasl" arasında ilk matç fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.