"Turan Tovuz"da ilk hissənin "ən"ləri
"Turan Tovuz"da mövsümün ilk hissəsinin ən çox oyun keçirən və ən çox qol vuran futbolçuları açıqlanıb.
Sportlife.az xəbər verir ki, qış fasiləsinədək meydanda ən çox olan oyunçu Emmanuel Hakmandır (15 oyun, 1350 dəqiqə). Hayderson Hurtado (15 oyun, 1325 dəqiqə) ikinci, Alexandro Serrano (15 oyun, 1127 dəqiqə) üçüncü, Aleks Souza (15 oyun, 913 dəqiqə) dördüncüdür.
Komandanın bombardirləri isə hərəyə 4 qol vuran Jo Santos və Alexandro Serranodur.