Ukraynalı müdafiəçi Bundesliqa yolunda

  • Dünən, 15:05

"Verder" "Şaxtyor"un sağ cinah müdafiəçisi Yefim Konoplya ilə maraqlanır.

Sportlife.az xəbər verir ki, Bundesliqa klubu oyunçunu qış transfer pəncərəsində transfer etməyi düşünür. Razılıq əldə olunmazsa, "Verder" 2026-cı ilin yayında - Konoplya azad agent olduqdan sonra yenidən bu məsələyə qayıda bilər.

Konoplya bu mövsüm Donetsk klubunda 19 oyunda iki qol vurub və 4 məhsuldar ötürmə edib. 


Paylaş: