Rüfət oynadı, komandası qalib gəldi

  • Dünən, 11:14

Xorvatiya çempionatında VIII turun oyunları keçirilir. 

Sportlife.az xəbər verir ki, həmyerlimiz Rüfət Abdullazadənin formasını geydiyi “Varazdin” öz meydanında “Vukovar 1991”i qəbul edib. 

Abdullazadə də bu görüşün iştirakçısı olub. Meydana start heyətində çıxan futbolçu 65-ci dəqiqədə Matey Kukla əvəzlənib. 

Matç “Varazdin”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki qol Rüfət meydanda olduğu ilk hissədə vurulub. 

Bu qələbə sayəsində xallarının sayını 12-ə çatdıran həmyerlimizin komandası turnir cədvəlində 3-cü pilləyə yüksəlib. “Varazdin” lider Zaqreb “Dinamo”sundan 4, 2-ci pillədə qərarlaşan “Hayduk”dan 1 xal geri qalır. 


Paylaş: