
"Şamaxı" qələbəni əldən verdi
Azərbaycan Premyer Liqasının VI turunun ikinci oyun günündə “Şamaxı” və “Araz-Naxçıvan” komandaları üz-üzə gəlib.
Sportlife.az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə bitib.
Baş hakim Rəşad Əhmədovun idarə etdiyi qarşılaşmada ilk qolu 28-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Rüfət Abbasov vurub. 78-ci dəqiqədə isə qonaqların oyunçusu Şarl Boli baxımlı qola imza ataraq hesabı bərabərləşdirib.
Qeyd edək ki, günün növbəti qarşılaşması “Neftçi” və “Karvan-Yevlax” arasında olacaq.”Palms Sport Arena”da baş tutacaq görüş saat 19:00-da start götürəcək.