"İmişli" - "Kəpəz" oyununda qolsuz sülh

  • Bu gün, 16:28

Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.

Sportlife.az xəbər verir ki, “İmişli” Qubada “Kəpəz”lə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb.

Bu nəticədən sonra İmişlinin eyniadlı təmsilçisi 19 xalla 9-cu, Gəncə klubu isə 13 xalla 11-ci pillədə qərarlaşıb.

Günün digər matçında “Turan Tovuz” “Azersun Arena”da “Karvan-Yevlax”ı qəbul edəcək. Qarşılaşma saat 18:30-da başlayacaq.

Qeyd edək ki, XIX turun ilk oyun günündə “Sabah” evdə “Araz-Naxçıvan”ı 4:1, “Zirə” isə səfərdə “Sumqayıt”ı 3:2 hesabı ilə məğlub edib. Tura fevralın 10-da keçiriləcək 2 oyunla yekun vurulacaq.


Paylaş: