"Çelsi"nin hədəfindəki hücumçu
"Atletiko"nun hücumçusu Xulian Alvares "Çelsi"yə keçə bilər.
Sportlife.az xəbər verir ki, London klubu 26 yaşlı hücumçunu transfer etmək üçün danışıqları davam etdirir. "Mavilər"in oyunçu üçün 100 milyon avroya qədər ödəməyə hazır olduğu bildirilir.
Alvares bu mövsüm "Atletiko"da 32 oyunda 11 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun Madrid klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədərdir. Alvares əvvəllər "Mançester Siti"də oynayıb.