
"Karvan"dan növbəti transfer: Nigeriyalı futbolçu Bakıya gəldi
Yeni mövsümdə Azərbaycan Premyer Liqasında çıxış edəcək "Karvan" növbəti transferini reallaşdırıb.
Sportlife.az-ın əldə etdiyi məlumata görə, Yevlax təmsilçisi Nigeriyanın "Sportinq Laqos" klubundan Qavi Tompsonla anlaşıb.
Artıq Bakıda olan 25 yaşlı mərkəz yarımmüdafiəçisi ilə tezliklə rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, nigeriyalı futbolçu peşəkar karyerasına ölkəsinin "E&A Akademiya"sında başlayıb. O, Litvanın "Stumbras" və "Hegelmann" klublarında, həmçinin, İsrailin "Hapoel" (Afula) komandasında da çıxış edib.