
Miller "Qarabağ"a qarşı oynayacaqmı?
Azərbaycan Premyer Liqasında 4-cü dövrə start götürəcək. "Turan Tovuz" martın 28-i "Qarabağ"ı qəbul edəcək.
Tovuz klubunun mətbuat katibi Süleyman Tağıyev oyunçuların vəziyyəti və zədəlilər barədə Sportlife.az saytına açıqlama verib:
"İstirahət müddəti qısa oldu. Oyunçular ayın 20-dən məşqləri davam etdirirlər. "Qarabağ"la oyuna ciddi hazırlaşırıq.
Şəhriyar Əliyevin müalicəsi davam edir. Çox güman "Qarabağ"la oyunu buraxacaq. Bərpa prosesi davam Roderik Millerin "Qarabağ"la oyundan sonra komandaya qoşulmasını gözləyirik. Jo Batistanın durumu oyun günü bilinəcək".
Akif ƏHMƏDOV