Rövşən Nəcəf Rövnəq Abdullayev qədər də ola bilmir

  • 29 Mart 2025, 17:06

AFFA prezidenti Rövşən Nəcəf haradadır? Yəni Azərbaycan futbolu ona bu qədərmi maraqsızdır? Onun dünən Tovuz şəhər stadionunda yeni inşa olunmuş əsas korpus binasının açılışında iştirak etməməsi və ümumilikdə son dövrlərdə futbol ictimaiyyəti ilə vizual və funksional təmaslarının minimuma enməsi federasiyanın qərarverici orqanlarında simvolik liderliyin üstünlük təşkil etdiyini göstərir.

Nəcəfin sələfi Rövnəq Abdullayev nə qədər tənqid olunsa da, vitrin siyasətində fəal idi. Federasiya prezidentinin bu passivliyi AFFA-da liderlik institutunun legitimliyini sual altına alır. Bu, həm də onun federasiyadakı işlərini ikinci, bəlkə də sonuncu plana keçirdiyindən xəbər verir. İcraiyyə Komitəsinin son iclaslarının AFFA-nın yox, SOCAR-ın inzibati binasında keçirilməsi də bu fikri gücləndirir. Bu qədər laqeydliklə hara qədər davam etmək olar?

Mirələm HƏSƏNLİ


Paylaş: