Premyer Liqa: "Neftçi"dən heç-heçə

  • 29 Mart 2025, 18:48

Azərbaycan Premyer Liqasında XXVIII turunda daha bir oyun keçirilib.

Sportlife.az xəbər verir ki, günün ilk matçında "Neftçi" "Araz-Naxçıvan"ı qəbul edib.

Qarşılaşma heç-heçə yekunlaşıb - 1:1. 3-cü dəqiqədə Bassala Sambu meydan sahiblərini önə keçirib. 6-cı dəqiqədə İssuf Paro tarazlığı bərpa edib.

Bu nəticədən sonra xallarının sayını 48-ə.çatdıran Naxçıvan təmsilçisi 3-cü pillədəki mövqeyini qoruyub. "Neftçi" 32 xalla 6-cı sıradadır.

Saat 19:00-da start götürəcək görüşdə "Sabah" "Sumqayıt"ın qonağı olacaq.

Qeyd edək ki, ötən gün "Qarabağ" səfərdə "Turan Tovuz"u 4:1 hesabı ilə üstələyib. Tura martın 30-da yekun vurulacaq.


Paylaş: