"Yuventus" məşqçisini dəyişə bilər

  • 30 Mart 2025, 12:19

"Fulhem”in baş məşqçisi Marko Silva “Yuventus” və “Tottenhem”in marağına səbəb olub.

Sportlife.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubunun portuqaliyalı mütəxəssisə marağı yaxın keçmişdə yaranıb və indi turinlilər də ona iddialılar siyahısına qoşulub.

Artıq hər iki klub Silva ilə əlaqə qurub. Söhbət yayda ehtimal olunan təyinatdan gedir. “Yuventus”da rəhbərlik İqor Tudorun mövsümün sonuna qədər davam edəcək müqaviləsini uzatmamaq qərarına gəlsə, onu əvəz edə bilər.

Portuqaliyalı çalışdırıcı 2021-ci ildən “Fulhem”ə rəhbərlik edir.


Paylaş: