"Qarabağ" Tovuzda qələbə qazandı

  • 28 Mart 2025, 21:32

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının XXVIII turunda "Qarabağ"ı qəbul edib.

Sportlife.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən qarşılaşmada qonaqlar 4:1 hesablı qələbəyə sevinib.

Bu, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin cari mövsümdə "Turan Tovuz"a qarşı ilk qalibiyyəti olub.

Meydan sahibi komandanın heyətində Aleks Souza (30), Ağdam təmsilçisində isə Kadi (16 - penalti, 85), Nəriman Axundzadə (32) və Aleksey Kaşşuk (90+1) fərqləniblər.

"Turan Tovuz" 43 xalla 4-cüdür, "Qarabağ" isə 67 xalla vahid liderdir.

Qeyd edək ki, XXVIII turun digər oyunlarında "Neftçi" "Araz-Naxçıvan"ı, "Sumqayıt" "Sabah"ı, "Kəpəz" "Səbail"i, "Zirə" isə "Şamaxı"nı qonaq edəcək.


Paylaş: