Baxşıyev narahatdır: "Neftçi" yüksəlişdə olan komandadır"

  • 28 Mart 2025, 15:40

"Araz-Naxçıvan" klubu çempionatda 27 turdan sonra 47 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Naxçıvan klubu ən yaxşı mövsümlərindən birini keçirir.

Komandanın baş məşqçisi Elmar Baxşıyev çempionatın qalan matçları və düşərgədəki vəziyyət haqda Sportlife.az saytına açıqlama verib:

"Bundan sonra hər bir oyun finala bərabər olacaq. Komandalar daha az səhv etməyə, xal ehtiyatını artırmağa çalışacaq. Bu baxımdan bizi gərgin dövrə gözləyir".

Təcrübəli mütəxəssis "Neftçi" ilə matç barədə gözləntilərini bölüşüb: "Hazırlaşırıq, millinin oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edib zədəlilərin sıraya dönməsinə çalışırıq. Mövsümün sonuna 9 tur qalıb. Bütün oyunlar vacibdir. Bilirik ki, bizi gərgin oyun gözləyir. "Neftçi" yüksəlişdə olan komandadır. Biz də xal ehtiyatımızi artırmaq üçün gücümüzü səfərbər edəcəyik. 

Baxşıyevi zədəli futbolçuların çoxluğu narahat edir: "Bizim üçün hər bir oyundan maksimum xalla ayrılmaq prioritetdir. Komanda olaraq mövsümün əvvəlindən yer aldığımız mövqeni qorumağa çalışacağıq. Addım-addım məqsədimizə doğru irəliləməyə çalışacağıq. Heç bir oyun asan olmayacaq. Məni narahat edən zədəli və cəzalı futbolçularımızın çox olmasidir. Hər birinin köməyinə ehtiyacımız var".

Akif ƏHMƏDOV


Paylaş: