
"Hesab ədalətli oldu"
Azərbaycan Premyer Liqasının XXVIII turunun “Sumqayıt” – “Sabah” oyunundan (3:3) sonra meydan sahibi komandanın baş məşqçisi Vaqif Cavadov jurnalistlərin suallarını cavablandırıb.
Sportlife.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.
– Maraqlı oyun oldu. Hər iki komandanın qələbə şansı var idi. Hesab ədalətli oldu. Son dəqiqələrdə vurduğumuz qol da bunun düzgün olduğunu göstərir.
– 3 oyun, 8 qol. Buna qədərki qolsuzluq seriyasından sonra nəyi dəyişdiniz?
– Futbolçularda inam var. İmkanlarımızdan da maksimum yararlanırıq. Artıq ikinci oyundur ki, xarakter göstərib, geridönüş edirik. Futbolçulara təşəkkür edirəm, onlara güvənirəm.
– Fasilədən sonra vacib məqamda qol vurdunuz. Amma bir anda hesabda geri düşdünüz…
– Rəqib ustalıq səviyyəsi hesabına qollar vurdu. Millidə olanlar uzaq yoldan gəlib. Onları 90 dəqiqə meydançada saxlamaq çətindir. Komanda şəklində mübarizə apardıq. Uşaqlar məğlub olmaq istəmirdi.
– Mehdi bir müddət idi oynamırdı. 3 qol buraxsa da, yaxşı seyvlər etdi.
– Fasilə ona faydalı oldu. Komanda ruhu önəmlidir. İnanıram ki, növbəti oyunlarda da bunu görəcəyik.